ADU-da almaniyalı deputatla görüş keçirildi

ADU-da almaniyalı deputatla görüş keçirildi

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) 14-16 sentyabr tarixlərində Bakıda səfərdə olan Alman Bundenstaqının deputatı Manfred Zöllerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydran Tempel, Berlin Azad Universitetinin sabiq vitse-prezidenti, professor Mixael Bonqar, Bundenstaqın Beynəlxalq Əlaqələr sektorunun rəhbəri, professor Hans-Joaxim Rikes və universitetin tələbələri iştirak edirdi.

Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirdi və Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun salamlarını çatdırdı. Prorektor tədbirin məqsədinin Alman Bundenstaqının Beynəlxalq Parlament Təqaüdü (İPS) haqqında tələbələrə ətraflı məlumat vermək olduğunu bildirdi. O, istər alman dilini öyrənən tələbələrin, istərsə də müxtəlif sahələrdə ixtisaslaşmış şəxslərin bu proqrma maraq göstərdiyini sözlərinə əlavə etdi. J.Qəribova Beynəlxalq Parlament Təqaüdünə (İPS) tələbələrin cəlb edilməsinə görə Almaniyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyinə təşəkkür etdi.

Görüşdə Beynəlxalq Parlament Təqaüdü (İPS) haqqında qısametrajlı film nümayiş olundu.

Nümyəndə heyətinin rəhbəri, Alman Bundenstaqının deputatı Manfred Zöller ADU-da olmaqdan şad olduğunu bildirdi və tələbələri ilk dərs günü münasibətilə təbrik etdi. O, Beynəlxalq Parlament Təqaüdü (İPS) haqqında danışaraq proqrama 41 ölkənin qoşulduğunu və bugünədək 2200 gəncin iştirak etdiyini bildirdi. Proqramın 5 ay davam etdiyini bildirən Manfred Zöller iştirakçının alman dilini mükəmməl bilməsinin vacibliyini, iştirak etdiyi ölkənin vətəndaşı olmalı, 30 yaş həddini keçməməli, bakalavr təhsillinin mütləq olmağı və ən azı 3 ay parlament deputatının yanında çalışmalı olduğunu qeyd etdi. Manfred Zöller deputatla işləmək üçün

iştirakçılara intensiv kurslar təşkil olunduğunu da sözlərinə əlavə etdi. O, bu proqramda iştirak etmək istəyənlərin sənədlərini səfirliyə göndərmələrini dedi. M.Zöller proqram bitdikdən sonra iştirakçılar ilə mütəmadi əlaqə saxladıqlarını vurğuladı. O, tələbələri bu proqramda görməkdən məmnun olacağını dilə gətirdi.

Daha sonra Beynəlxalq Parlament Təqaüdü (İPS) proqramının iştirakçısı olmuş Ziyəddin İsmayılov proqramda qazandığı təcrübələrini tələbələrə bölüşdü.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə