Möcüzələr adası kimi tanınan qəsəbə

Möcüzələr adası kimi tanınan qəsəbə

Dənizin ortasında yaşıllıq. Qarşıdan neftçilər günü gəlir, buna görə də "Xəzər Xəbər"in müxbiri Elmar Həbibli və kameramanımız Davud İbrahimov neft daşlarına səfər edib, orada şəraitlə tanış olublar. Möcüzələr adası kimi tanınan bu qəsəbədə yaşamaq üçün hər bir şərait yaradılıb. Bununla bağlı silsilə xəbərlərimiz davam edəcək. Bu gün izləyəcəyiniz ilk xəbərdə isə dənizin ortasındakı park haqqında danışacağıq.

Dənizin ortasında sudan bir neçə metr hündürlükdə güllər əkilib, dərin güldanlarda ağaclar yetişdirilib və böyük park salınıb.

Neft daşlarında parkın yaşıllığını ömrünün 41 ilini bu işə həsr etmiş bağban Ədalət Qədirli mühafizə edir.

Yaşlı bağbanın sözlərinə görə dənizdə rütubət çox olduğundan burada yaşıllıqları saxlamaq çox çətindir. Buna görə də mütəmadi olaraq aqronomların məsləhət gördüyü gübrələrdən istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə