Diaspor təşkilatının qətnamə ilə bağlı BƏYƏNATI

Diaspor təşkilatının qətnamə ilə bağlı BƏYƏNATI

Avropa Demokratiya və İnsan Haqları Fondu Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar etiraz bəyanatı yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, bəyanatda Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı ciddi narazılıq və narahatlıq ifadə olunur, sənədin Azərbaycana əleyninə qərəzli və birtərəfli olduğu vurğulanır, Azərbaycanın müstəqillik illərində əldə etdiyi yüksək nailiyyətlərin nəzərdən qaçırıldığı bildirilir.

Avropa Demokratiya və İnsan Haqları Fondu həmçinin Azərbaycana münasibətdə ikili standartlara qarşı çıxdığını bəyan edir və Avropa strukturların beynəlxalq hüquq normalarına hörmət etməyə çağırır.

Bəyanatın sonunda qeyd edilir ki, Azərbaycan demokratik inkişaf yolunda olan bir ölkədir və Avropa bu prosesə yalnız dəstək verə bilər. Fond Avropa Parlamentini dialoqa dəvət edir, Azərbaycana qarşı münasibətdə ədalətli mövqe nümayiş etdirməyi çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə