400 şəxsə avtomobil veriləcək RƏSMİ

400 şəxsə avtomobil veriləcək RƏSMİ

"Bu ilin sonuna qədər əlilliyi olan 400 şəxsə avtomobil veriləcək". SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu həftənin sonu, gələn həftənin əvvəlinə qədər əlilliyi olan 100 şəxsə avtomobil təqdim olunacaq. Digər avtomobillər də hissə-hissə veriləcək: "Gələn ildən artıq bizim büdcəmizə 2 milyon manat vəsait qoyulub. Bu da o deməkdir ki, gələn ildə bunun üçdə ikisi qədər avtomobillərin verilməsi imkanları olacaq. Belə ki, 2016-cı ildə əlilliyi olan şəxslərə 270-280 avtomobilin verilməsi nəzərdə tutulub. Onu da deyim ki, bir neçə əməkdaşlarımızı Ağcabədi, Bərdə, Yevlax, Ağdam rayonuna iki günlük ezam edəcəyik. Orada ilk 40 fərdi evin istismara verilməsi nəzərdə tutulub. Daha sonra geri qayıdıb həmin 100 avtomobili sahiblərinə təqdim edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə