"Təəssüflər olsun ki, bu gün çoxlu sayda insanlarımız var ki, müəyyən xəstəlik keçirib əlillik dərəcəsi alıblar. Lakin sonradan onlar müalicə alaraq sağalıblar. Buna baxmayaraq onlar əlillik dərəcəsindən imtina üçün bizə müraciət etmirlər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.
Nazir diqqətə çatdırıb ki, bu cür mənfi hallara Avropada demək olar ki, rast gəlinmir: "Avropada əlil insanlar sağalandan sonra əlilliyi üzərilərindən götürmək üçün çoxlu sayda müraciətlər olunur. Bizdə isə təəssüf ki, bu barədə bir dənə də olsun müraciət yoxdur və mən hələ də müraciətin olacağını gözləmirəm. Hesab edirəm ki, qaydalarda bu məsuliyyəti insanların üzərilərinə qoymalıyıq. Belə ki, qaydalarda onlar sağaldığı gündən sonrakı ayın birindən başlayaraq onlara ödənilən vəsaitin tam məbləğdə geri alınması məsələləri qoyulmalıdır. Ödəmirlərsə, deməli onlar dövləti aldadır və tam sağaldığı halda əlillikdən istifadə edərək vəsait alır. Bir sözlə bunu tənzimləmək üçün yalnız məsuliyyəti vətəndaşların üzərilərinə qoymaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB