"Neftin ucuzlaşması sosial məsələlərdə problem yaratmayacaq"

"Neftin ucuzlaşması sosial məsələlərdə problem yaratmayacaq"

"Dünya bazarında neftin qiymətinin ucuzlaşması sosial təminat məsələlərində hər hansı problem yaratmayacaq". SİA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hökumət bunu diqqətdə saxlayır: "Neftin ucuzlaşmasına görə sosial təminat siyasətində hər hansı dəyişiklik edilməyəcək. Əksinə, biz çalışırıq ki, əhalinin sosial təminatı məsələsinin yaxşılaşmasına daha çox diqqət ayıraq. Çalışacağıq ki, sosial layihələrin sayını artıraq".

Bütün xəbərlər Facebook səhifəmizdə