170 yaşayış məntəqəsi qazlaşdırılıb

170 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 170 yaşayış məntəqəsi qazlaşdırılıb. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən cari ilin 8 ayı ərzində 7962 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 377 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində respublikanın 170 yaşayış məntəqəsi qazlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə