Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi"nin məktəbəqədər hazırlıq kursunu bitirən, ikisi fiziki qüsurlu olmaqla 4 şagird məzun olaraq təhsilini davam etdirmək üçün orta məktəbə yola salınıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı qonaqlara Mərkəz haqqında geniş məlumat verərək, onun fəaliyyəti və əllilliyi olan uşaqlara Mərkəzdə yaradılan şəraitlə yaxından tanış edib.
Tədbirdə iştirak edən Ağcabədi rayonunun rəsmiləri, valideynlər və digər qonaqlar regionda belə bir mərkəzin fəaliyyət göstərməsini yüksək qiymətləndirmiş, birinciləri təbrik edərək onlara bundan sonrakı məktəb həyatında bol uğurlar arzulayıblar.
Sonda Mərkəz tərəfindən uşaqlara məktəb çantaları və dərs ləvazimatları hədiyyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB