Faiq Sücəddinova Prezidentin fərdi təqaüdü verilib

Faiq Sücəddinova Prezidentin fərdi təqaüdü verilib

Azərbaycan Prezidentinin Sərəncamı ilə Mir Faiq Sücəddinova Prezidentin fərdi təqaüdü verilib. Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıb:

1.Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mir Faiq Miri oğlu Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə