Göygöl rayonunda bir neçə nəfərin iştirakı ilə kütləvi dava olub. Mübahisə zamanı iki nəfər - Bakı şəhər sakini 21 yaşlı Murad Kərimov və Göygöl sakini 26 yaşlı Sərxan Məhərrəmov bədənin müxtəlif nahiyələrindən bıçaq zərbələri alıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan Sərxan Məhərrəmov ürək, Murad Kərimov isə bel nahiyəsindən xəsarət alıb. Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, polis hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsini araşdırır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB