Kartof yığımı başladı

Respublikanın əsas kartof əkininin həyata keçirildiyi Gədəbəydə məhsul yığımına başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hər il daha çox sahədə kartof əkən kəndli və fermerlər, bu il də ötən illə müqayisədə 100 hektar çox kartof əkiblər. Artıq 10 gündən çoxdur ki, rayonda kartof yığımına start verilib. İşlər xüsusi texnikalar vasitəsi ilə aparılır ki, bu da məhsulun vaxtında və itkisiz toplanmasına imkan yaradır. Fermerlər bildirir ki, havaların quraq keçməsi məhsuldarlığa nisbətən də olsa öz mənfi təsirini göstərib. Lakin sahələrdən nəzərdə tutulan miqdarda məhsul götürmək mümkün olacaq. Ötən il rayonda 12202 hektar ərazidə kartof əkini aparılıb və 142 min 763 ton məhsul əldə edilib. Bu il isə 1300 hektardan artıq sahədə əkin aparılıb və ötən illə müqayisədə daha çox məhsul götürülməsi planlaşdırılır.

Qeyd edək ki, məhsul yığımı ayın sonuna kimi davam edəcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə