Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarlara başlayıb. AVCİYA-dan SİA-ya verilən xəbərə görə, ilk seminarlar AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə Şirvan, Hacıqabul və Sabirabadda keçirilib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seminarlarda məruzə ilə çıxış edərək Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında ətraflı məlumat verib və builki seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Daha sonra seçici fəalığının, yerli müşahidənin təşkilinin seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.
Assosiasiya növbəti seminarları bu həftənin sonu Xaçmaz, Qusar və Quba rayonlarında keçirməyi planlaşdırır.
Seminarlarda AVCİYA koalisiyasına daxil olan "İnsan haqları-XXI əsr" fondunun prezidenti Şahin Camalov və AVCİYA Seçki Qərargahının kordinatoru Cavid Camalov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB