Əsgərlərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Əsgərlərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Sentyabrın 14-dən noyabrın 26-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində intensiv ingilis dili kursu, sentyabrın 16-dan 25-dək Gürcüstanın Qori şəhərində Gender təlimi üçün təlimatçı kursu, sentyabrın 17-dən noyabrın 27-dək Slovakiyanın Liptovskiy Mikulaş şəhərində 15-ci Beynəlxalq Qərargah zabitləri kursu keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri tədbirlərdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə