Macar jurnalistin badalaq vurduğu şəxs kim çıxdı? FOTOLAR

Macar jurnalistin badalaq vurduğu şəxs kim çıxdı? FOTOLAR

Bu yaxınlarda Macarıstan ərazisinə keçmək istəyən bir uşaqlı qaçqına media təmsilçisinin etdikləri bütün dünyada qınaq obyektinə çevrilib. Belə ki, journalist xanımlardan biri əlində kamera baş verən hadisəni çəkmək əvəzinə polis kordonunu yararaq Macarıstan ərazisinə keçməyə çalışan qaçqınlara təpik atır, badalaq vurur, onları itələyir. Hər kəs müxbir qadının öz işini görmək əvəzinə polis rolunu oynamasına sərt təpki göstərdi. Bu hadisə, əlbəttə bir media qurumu üçün utancverici olduğundan və ittihamlara çavab verməyin asan olmayacağını görən televiziyanın rəhbərliyi söz-söhbəti kəsmək üçün xanım jurnalisti dərhal işdən azad etdi. Lakin bu hadisə ilə bağlı ittihamlar hələ də davam edir.

Maraqlı bir məqam da üzə çıxıb. Sən demə macar jurnalistin badalaq vurub yıxdığı kişi Suriyanın Al-Fotuwa SC futbol komandasının baş məşqçisi Osama Abdul Mohsendir.

7 yaşındakı oğlu Zaid ilə birlikdə yerə yıxılan Osama Abdul Mohsenin Türkiyənin Mersin vilayətindəki qaçqın düşərgəsində ailəsinin böyük oğlu Almuhannad mediaya açıqlamasında bildirib ki, vəziyyət olduqca çətindir. Ərzaq və su sarıdan korluq çəkirik: "Ona görə də atam rahat bir yer tapmaq üçün bacımı da götürüb Macarıstana getdi. Rahat həyat sürmək bizim də haqqımızdır. Amma bizə Avropada da rahatlıq vermirlər, hətta müxbirlər də bizə badalaq atır. İndi görün onların polisləri bizim başımıza nə oyunlar açır. Bu çox dəhşətdir. Amma edəcəyimiz başqa bir şey yoxdur. Ac-susuz, başımızın üstündə uçuşan güllələr olmasa, evim, Vətənim, kəndim təhlükəsiz olsa Avropada nə işimiz? Suriyada suriyalılar yox, xaricilər, Suriyaya aidiyyəti olmayan, terrorçular vuruşur. Onlar bizi oradan çıxarıb özləri məskunlaşırlar. Mənim yurdum işğal olunub. Ona görə də, bizə Avropada badalaq atanları da başa düşürük, onların bu hərəkəti gözlənilən idi".

Bütün xəbərlər Facebook səhifəmizdə