Prezident Qazax xanlığının yubileyində iştirak edib

Prezident Qazax xanlığının yubileyində iştirak edib

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyinə həsr olunan teatrlaşdırılmış tamaşaya baxıb. Tamaşa Astanadakı "Barıs" arenasında nümayiş olundu.

Mədəni tədbirdə Qazax xanlığının yaradılması, onun inkişafı və müxtəlif mərhələləri səhnələşdirilmiş kompozisiya ilə təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə