Samuxda qanvermə aksiyası keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aksiyaya rayon İcra Hakimiyyəti Aparatı, hüquq-mühafizə orqanı əməkdaşları, idarə müəssisə və təşkilatlar, eləcə də sadə vətəndaşlar qatılıb. Mərkəzi rayon Xəstəxanasında keçirilən aksiya paytaxtdan ezam olunan 14 nəfərlik həkim briqadaları tərəfindən aparılıb və 100-dən çox donor iştirak edib.
Səhhəti donor olmağa imkan verən könüllülərin hər birindən 200 qram qan götürülüb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB