Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə könüllülük fəaliyyətinin təbliği məqsədi daşıyır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 60 gəncin iştirak etdiyi "Könüllülər Yurdu Azərbaycan" layihəsi iki gün - bu gün və sabah davam edəcək. Layihənin ilk günü iştirakçı gənclərə "Könüllüyün fəlsəfəsi və tarixi", "ASAN school" könüllülük məktəbi, "Şəxsi inkişaf", "ASAN kadr" kimi mövzularda təlimlər keçilib. Növbəti gün isə könüllülük fəaliyyətinin praktiki cəhətdən öyərnilməsi məqsədi ilə sosial aksiya təşkil olunacaq. 100 ailəyə könüllük fəaliyyəti və "ASAN xidmət mərkəzinin" göstərdiyi xidmətlərlə bağlı maarifləndirici bukletlər paylanılacaq. Layihə Gəncədən əvvəl Bakı və Sumqayıtda həyata keçirilib, növbəti günlərdə isə Sabirabad, Bərdə, Qəbələ, Quba və Masallı rayonlarında baş tutacaq. Layihəyə ümumilikdə 600 gəncin cəlb olunması planlaşdırılır.
Layihə zamanı həyata keçiriləcək sosial aksiya nəticəsində isə bütövlükdə 50 000 ailə "ASAN xidmət" mərkəzinin göstərdiyi xidmətlər haqda ətraflı məlumat alacaq.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB