Rayonlardan 149 000 tona yaxın məhsul götürülüb

Rayonlardan 149 000 tona yaxın məhsul götürülüb

Bu il Samux ərazi kənd təsərrüfatı idarəsinin əhatə etdiyi rayonlarda əkilən 48 000 hektara yaxın taxıl sahəsindən 149 000 tona yaxın məhsul götürülüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu da orta hesabla hər hektardan 31 sentner məhsuldarlıq deməkdir. Ötən illə müqayisədə 6 min hektardan az ərazidə əkin aparılmasına baxmayaraq, 10 min tondan artıq məhsul götürülüb. Yığılan taxıl sahələrində isə qarğıdalı və tərəvəz bitkiləri əkilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə