Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alper Coşkunu qəbul edib.
DSX-nın məlumat mərkəzindən SİA-ya verilən xəbərə görə, görüşdə cənab Alper Coşkun ölkəsinin AR-ə yeni təyin olunmuş hərbi attaşesi general-mayor İhsan Başbozkurtu təqdim edib. Dövlət Sərhəd Xidmətinin rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edib və Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin Türkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini izhar edib, baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, yaralananların tezliklə sağalmasını dilədiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB