ƏƏSMN-ın xidmətlərindən 1 424 110 dəfə istifadə olunub

ƏƏSMN-ın xidmətlərindən 1 424 110 dəfə istifadə olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin avqust ayında da "Elektron hökumət" portalındakı elektron xidmətlərindən ən çox istifadə edilən qurumlardan biri olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, bu dövrdə ƏƏSMN-nin "E- hökumət" portalı üzərindən təqdim edilən elektron xidmətlərdən 151946 dəfə istifadə olunub ki, bu da "E- hökumət" portalı üzrə müxtəlif qurumlar tərəfindən göstərilən bütün e-xidmətlər üzrə ümumi istifadə sayının 12,2 faizini təşkil edir. O cümlədən ötən ay əhali nazirliyin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən 91250 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 36416 dəfə faydalanıb. "İş yerinə dair arayış" e-xidmətindən isə avqust ayında 21966 dəfə istifadə qeydə alınıb. Yenə də hər üç e-xidmət əhalinin ən çox faydalandığı e-xidmətlər sırasındadır.

Cari ilin yanvar-avqust aylarında "E-hökumət" portalı üzərindən göstərilən bütün e-xidmətlərdən ümumi istifadə sayının 16,3 faizi, yəni 1 424 110 ədədi ƏƏSMN-nin e-xidmətlərinin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə