11 sentyabr 2001-ci ildə Nyu York şəhərinin Manhettın bölgəsində yerli vaxtla saat 08:46-da "Amerika Hava Yolları" şirkətinə məxsus terrorçular tərəfindən qaçırılmış sərnişin təyyarəsi Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpılır. 09:03 radələrində isə cənub qülləsi hücuma məruz qalır. Nəticədə "Əkiz bina" yerlə-yeksan olur.
Digər bir təyyarə 10:03 radələrində Pentaqona hücum edir. 25 dəqiqə sonra isə qaçırılan təyyarələrdən digəri elə havadaca zərərsizləşdirilir.
Bu dəhşətli hücumdan sonra təyyarədə olan şəxslərlə birgə 2996 nəfər həlak olur. Və bir müddətdən sonra hücumun Osama Bin Laden və Əl-Qaidə təşkilatı tərəfindən törədildiyi açıqlanır. Və bütün günah müsəlmanların üstünə atılır.
Lakin məsələ ilə bağlı bir çox məqam qaranlıq qalır. Bu hücumla bağlı bir neçə teorem ortaya atılır. Amma terrorun kimlər tərəfindən törədildiyi hələ də sual altında qalıb.
Əgər bu terror aktını Əl-Qaidə törətmişdisə, niyə ortada bu qədər sual yarandı və heç biri də açıqlamasını tapmadı? Əgər bu terror aktı Əl-Qaidənin işi deyildisə, kimin işi idi? Və ən əsası "Əkiz bina"nı sözün əsl mənasında kimlər yerlə yeksan etdi?
Belə ki, binanın 94 və 98-ci mərtəbələrini dəlib keçən birinci təyyarə saatda 700-800 km sürətlə hərəkət edib. Pentaqonun sözlərinə görə, təyyarə binaya çırpılarkən saatda 877 km-ə çatıb. Üstəlik təyyarə yerdən 300 metr yüksəklikdə olub. Digər təyyarə isə ikinci qüllənin 77 və 85-ci mərtəbələri arasından keçərək binanı yerlə-yeksan etib. Normal sərnişin təyyarəsi yerdən 300 metr yüksəklikdə olarkən saatda 877 km sürətə malik ola bilmir. İkincisi təyyarə binaya yaxınlaşmadan öncə 45 dərəcəlik dönüş edir. Bu bunu 3 saniyədə həyata keçirir. Lakin normal sərnişin təyyarəsi bunu 7-8 saniyə müddətinə edir. Bütün bunlardan belə bir nəticə çıxır: Bəlkə də bu sərnişin təyyarəsi deyildi və bəlkə də elə müəyyən məqsəd üçün nəzərdə tutulmuş hərbi təyyarə idi.
08:14-də Los Ancelasdan Bostona hərəkət edən təyyarə ilə 21 dəqiqə sonra əlaqə kəsilir. Məlumata görə, Amerikanın Qərb istiqamətində hərəkət edən təyyarə terrorçuların əlinə keçir. Və kəskin dönüş edərək cənub istiqamətində hərəkət etməyə başlayır. Saat 08:37-də binalara tərəf yönələn təyyarə necə olur ki, 26 dəqiqəyə yolu qət etmiş olur?
Saat 10:03 radələrində 4-cü təyyarənin Vaşinqtonun 240 km qərbində Pensilvaniyanın Şaksvil çölündə partladığı açıqlanır. Hadisə yerini araşdıran şəxslər bildirir ki, hadisə yerində heç bir təyyarə qalıqlarına rast gəlinməyib. Sadəcə müəyyən bəzi metal qırıqları tapılıb.
ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri sayılan "NewsWeek" bəzi anlaşılmaz faktları ortaya qoyur. Qəzetin verdiyi məlumata görə, Pentaqonun bir çox yüksək rütbəli zabiti həmin gün uçuşlarını təxirə salıb. San Fransiskonun bələdiyyə rəisi Villi Brovn isə uçmamışdan əvvəl telefon zəngi xəbərdar edilib. Bu barədə sonradan məlumat yayan "Pacifik" radiosu zəng edən şəxsin Milli Təhlükəsizlik Komitəsinin spikeri Kondelliza Rays olduğunu bildirib.
Bu hadisə ilə bağlı geriyə açıqlaması olmayan bir çox sual qaldı: 1126 dərəcə istilikdə əriyən bir təyyarə necə oldu ki, əridi? Və niyə sadəcə təyyarənin 1 motoru tapıldı? 6 tonluq digər motora nə oldu?
Bütün bu cavabsız suallar məsələ ilə bir çox dedi-qodunun təməlini qoydu. Və belə bir nəticə yarandı: ABŞ hökuməti və bir sıra gizli xidmətlər Orta Şərq və Əfqanıstanda işğal fəaliyyətini qanuniləşdirmək üçün, həmçinin ölkə və ictimaiyyətin dəstəyini qazanmaq üçün belə bir ssenari yazdılar.
Bununla da ABŞ minlərlə günahsız ölkə vətəndaşını itirdi. Və bu hadisə ABŞ-ın tarixinə qanlı hadisə kimi yazıldı.
Bu faktları Amerikanın özündə də təsdiqləyənlər çoxdur. Məsələ ilə bağlı araşdırma aparan "New York Times" qəzetin sorğusuna görə, Amerikanın hər 4 vətəndaşından 3-ü hökumətin doğru dediyinə inanmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB