Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının keçirilməsi davam etdirilir. Növbəti əmək yarmarkası sentyabrın 10-da Şəki şəhərində təşkil olunub.
Şəki Məşğulluq Mərkəzindən bildiriblər ki, yarmarkaya rayonda fəaliyyət göstərən 22 müəssisə və təşkilatdan 205 vakant iş yeri çıxarılıb. Mərkəzi xəstəxana, şəhər təhsil şöbəsi, pedaqoji kollec yarmarkaya daha çox iş yeri çıxarıblar. İş yerləri üçün təklif olunan əmək haqqı 110 manatdan 390 manatadək təşkil edib.
Gün ərzində davam edən yarmarkanın yekununda 45 nəfər işə düzəlmək üçün göndəriş alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB