YAP Gənclər Birliyinin Baş ofisində növbəti layihənin seçim mərhələsi keçirilib. SİA-nın xəbərinə görə, "Siyasi Debat" adlı layihəyə "online" qeydiyyatdan keçən 360 nəfərdən 80 nəfəri müsahibəyə keçmək imkanı qazanıb. II mərhələyə keçmək imkanını isə YAP GB-nin Baş ofisinin əməkdaşları tərəfindən keçirib, müsahibədən isə 36 nəfər gənc vəsiqə qazana bilib. Layihəyə cari ilin sentyabr ayının 21-də start veriləcək. Bu layihə formatına və seçiminə görə digərlərindən fərqlənir. Bura da gənclər layihə müddətində dövlət rəsmiləri, deputatlar, politoloqlar və siyasi ekspertlərlə görüşərək siyasətin incəliklərini bir başa onlardan eşidəcəklər.
Layihənin sonuna qalan beş gənc radioda canlı efirdə çıxış edərək fikirlərini bölüşəcək. Eyni zamanda YAP Gənclər Birliyinin əməkdaşlıq etdiyi bir neçə xarici dövlətlərin hakim partiyalarının Gənclər qollarının nümayəndələri ilə də "online" debatların baş tutacağı nəzərdə tutulub. Məqsəd isə siyasətə marağı olan gənclərin siyasi savadlarının artırılması, onların siyasi bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində atılmış bir addımdır. Debatları uğurla bitirmiş gənclər xüsusi diplomlar və sertifikatlarla təltif olunacaqlar. Eyni zamanda onlar xarici ölkələrdə keçirilən beynəlxalq görüşlərdə Azərbaycanı təmsil edəcəklər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB