Son zamanlar Avropa ölkələrini vuran miqrant böhranın köklü və əsaslı səbəbləri araşdırılır. Bu böhran dalğasının Azərbaycana vura biləcək ziyanları da diqqət mərkəzində cəmlənir. Bu məsələni SİA-ya miqrasiya üzrə ekspert, Beynəlxalq Miqrasiya Təşkilatı Milli Proqramının keçmiş rəhbəri Əhməd Şirinov şərh edib.

Ölkədən qaçmaq lazımdır
"Əhalini ölkədən qaçmağa vadar edən səbəblər çoxdur. Ən əsası burada baş verən proseslərdir. Qeyri-stabil şərait, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi və ölkədə fəaliyyət göstərməyin qeyri-mümkünlüyü. Digər səbəblər də var ki, buraya ölkələrin daxilindəki siyasi xaos, hərc-mərclik və terror aktları daxildir. Bu zaman vətəndaş məcburi olaraq ölkəni tərk edir".

Hara qaçaq?
"Ölkəni tərk etməyə hazırlaşan əhalinin ağlında belə bir sual yaranır: Hara qaçım? Təbii ki, müasir kommunikasiya vasitələrinin inkişafı əhali üçün bu vasitələri əsas müraciət obyekti olur. Məhz yeni texnologiyalar və sosial şəbəkələr Avropa ölkələrində yaşayış haqda geniş informasiya verir. Bu zaman əhali "harada həyat tərzi yaxşıdır?" sualına cavab tapır. Çalışırlar ki, daha yaxşı həyat tərzinə malik Avropa ölkələrinə qaçsınlar. Hazırda Avropa ölkələrinin özündə də iqtisadi böhran baş verir. Bu böhran kasıb ölkələrdə daha çətin vəziyyət yaradır. Texniki vasitələrin də çoxluğu bu köçün miqyasını daha da qabardır. Texniki resurs nə qədər çoxdursa, miqrant da bir o qədər çoxdur".

Almaniyanın miqrantlara bağlı heç bir marağı yoxdur
"Təbii ki, bir çox ölkələrin miqrant köçündə maraqları var. Kimlərsə bu böhrandan çıxar əldə etmək istəyə bilər. Lakin Almaniyanın miqrantlara xüsusi marağının olması düzgün yanaşma deyil. Əgər Almaniyanın miqrant ehtiyacı olsaydı, o Şərqi Avropa miqrantlarından istifadə edərdi. Çünki bu miqrantlar həm mədəniyyət baxımdan, həm də dini baxımdan Almaniyaya daha yaxındır. Buna görə də islam ölkələrindən gələn miqrantlar Almaniya üçün bir o qədər də əhəmiyyətli deyil. Şübhəsiz miqrant köçü Avropaya birbaşa mənfi təsir edir".

Niyə miqrantlar varlı Ərəb Ölkələrinin seçmir?
"Avropada yaşayış tərzi daha yüksək səviyyədədir. Buna görə də miqrantlar varlı Ərəb Ölkələrindən daha çox Avropa ölkələrinə üz tuturlar. Həm də bir ərəb ölkəsindən qaçıb o birinə üz tutmaq maraqsız və məntiqsizlik olardı. Burada digər bir əsas nüans isə tolerantlıq məsələsidir. Müsəlman ölkələrinin özündə də dini parçalanmalar var. Sünni dövlətlər şiə xalqı, şiə dövlətlər sünni xalqı qəbul etmir. Bu da vəziyyəti bir qədər çətinləşdirir. Avropada isə sünni və şiənin fərqinin belə bilmirlər. Bu, Avropa əhalisi üçün o qədər də vacib deyil".

Azərbaycana miqrant axını ola bilərmi?
"Azərbaycanı bu məsələ ilə bağlı çox ciddi problemlər gözləyir. Son zamanlar İran və Qərb arasında müəyyən yaxınlaşma prosesi gedir. Gedən proseslər birbaşa İranın da ətrafında cərəyan etməyə başlayacaq. Türkiyə İranla sərhədinin bağlayıb. İranın Avropaya açdığı qapı buraya da axın olacağından xəbər verir. İranla aramızdakı sərhəd təhlükənin bizə də təsir edəcəyindən xəbər verir. Müvafiq tədbirlər görülmədiyi halda Azərbaycana miqrant axını ola bilər".

Dövlət Miqrasiya Xidməti ayıq olmalıdır!
"Bu məsələ ilə bağlı Dövlət Miqrasiya xidməti uzun müddətli tədbirlər planı hazırlamalıdır. Hazırda təəssüf ki, bu cür planlar gündəmdə deyil. Yeni təhdidləri nəzərə alaraq yeni tədbirlər planı hazırlanmalıdır. Bu tədbirlər planı 3 mərhələdən ibarət olmalıdır. Qısa müddətli, orta müddətli və uzun müddətli. Qısa müddətli tədbirlərdə dünya və regionda baş verən proseslər nəzərə alınaraq qeydə alınmalıdır. Bununla da həmin proseslərin Azərbaycana təsirinin qarşısını almaq olar. Hazırlanan tədbirlər planına geniş ictimaiyyət cəlb olunmalıdır. Eyni zamanda məsələ ilə bağlı mütəxəssislər, ekspert-alimlər də bura cəlb edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB