Plastik kartlarla bağlı mühüm YENİLİK

Plastik kartlarla bağlı mühüm YENİLİK

Azərbaycanda "Kart ödənişləri üzrə milli şəbəkə" yaradılacaq. Bununla bağlı Mərkəzi Bankın sədr müavini açıqlama verib. Sistemin tətbiqi plastik kartlarla bağlı bir sıra problemləri həll edəcək. Yeni sistem Azərbaycanda istifadə olunan bank kartları ilə bağlı bütün məlumatları özündə cəmləyəcək. Ölkədə prosessinq fəaliyyəti göstərən kart firmalarının infrastrukturları arasında əlaqə yaradılacaq. İndiyədək kartlarla aparılan əməliyyatlar beynəlxalq sistemdən müşahidə və idarə olunurdusa, artıq həmin əməliyyatlar milli sistemdə izləniləcək. Mütəxəssislərin fikrincə, bu şəbəkə təhlükəsizlik baxımından olduqca faydalıdır. Milli sistem vətəndaşların hesablarına müdaxiləni minimuna endirəcək.

Milli Şəbəkə kartlarla həyata keçirilən əməliyyatların sürətini də artıracaq. Beləcə hazırda bu sahədə müşahidə olunan problemlər də aradan qalxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə