Edvard K.Preskott: “Çox böyük iqtisadi potensialınız var”

Edvard K.Preskott: “Çox böyük iqtisadi potensialınız var”

"Mən Azərbaycana artıq dördüncü dəfədir gəlirəm və hər dəfə baş verən dəyişikliklərə heyran qalıram. Hər gəlişimdə də zövq alıram. Müxtəliflik çoxdur, inanılmaz dəyişikliklərin şahidi oluruq. Həyat yoldaşım da artıq iki dəfə Azərbaycana səfər edib". Bunu Bakıda keçirilən Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransında iştirak edən Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin (ABŞ) professoru Evdard K.Preskott AZƏRTAC-a eksklyuziv müsahibəsində söyləyib.

Nobel mükafatçısı azərbaycanlıların uzunömürlülüyünün sirri ilə maraqlandığını bildirib. "Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş tədbirdə də ABŞ-ı təmsil etmişəm. Tədbir çərçıvəsində çox gözəl turlar təşkil edilmişdi. Məsələn Atəşgah məbədinə. Çox inanılmaz idi. Bir dəfə də cənub bölgənizə səyahət etmişdim. Orada uzunömürlülər muzeyində oldum. 100 ildən çox yaşayan insanlar haqda məlumat almışdıq. Uzunömürlülərin şəkilləri nümayiş olunurdu", - deyə professor bildirib.

Azərbaycanın inkişafından danışan Evdard K.Preskott deyib ki, ölkənizin iqtisadiyyatı hər il inkişafa doğru gedir. "Çox böyük iqtisadi potensialınız var və siz bəzi Avropa ölkələrini üstələyirsiniz",- deyə E.Preskott vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə