“Qoşatəpə” gömrük keçid məntəqəsində qəza baş verib

“Qoşatəpə” gömrük keçid məntəqəsində qəza baş verib

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb.

Komitənin mətbuat xidmətindən verilən məlumata əsasən hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə