Gömrükdə sıxlıq yaranıb

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə