"Qonşu ölkələrdə baş verən iqtisadi böhranla əlaqədar bu ilin ilk 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayı azalıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov söyləyib.
Nazir müavini bildirib ki, cari ildə Azərbaycana 1 milyona yaxın turist gəlib. Bu da ötən illə müqayisədə 10 faizə yaxın azalma deməkdir: "Azalma daha çox Rusiya və Gürcüstandan gələn turistlərin sayının azalması ilə bağlıdır. Digər istiqamətlər, yəni Fars körfəzi, Avropa, hətta Afrika, Avstraliya istiqamətlərindən artım var. Rusiya, Türkiyə, Gürcüstan və İrandan daha çox turist gəlib. Bu ölkələrdən gələnlər Azərbaycana gələn turistlərin sayının 95%-ni təşkil edir. Hazırda Rusiyada iqtisadı böhrandır. Bu da alıcılıq qabiliyyətinə və turist axınına böyük təsir edir. Buna görə də biz bu azalmaya hazır idik. Bu il Rusiyadan Azərbaycana təxminən 87 min turist az gəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB