Oğuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi üzrə tədbir keçirilib FOTOLAR

Oğuzda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi üzrə tədbir keçirilib FOTOLAR

Azərbaycan Respublikasının İlham Əliyev cənablarının təsdiq etdiyi müvafiq Dövlət Proqramlarına uyğun olaraq respublikamızın müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin maddi-məişət şəraiti durmadan yaxşılaşır. SİA-nın verdiyi məlumata görə, avqustun ayının 7-də Oğuz rayonunda məskunlaşan Laçın və Kəlbəcərdən olan qaçqın və məcburi köçkün düşmüş ailələrdən olan və Oğuz rayonundan olan uşaqlarla Azərbaycanda 2002-ci ildən həyata keçirilən "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində görüş keçirilib.

Görüşdə AFFA-nın I vitse prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev iştirak edib. Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bu tədbirin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə