Türkiyədə şəhid olan polislərin sayı 18-ə çatdı

PKK terror təşkilatının yaraqlılarının polislərə hücumları davam edir
Türkiyədə şəhid olan polislərin sayı 18-ə çatdı

İğdır və Tuncelidən sonra PKK yaraqlıları Şırnak vilayətində də terror aktı törədib. Belə ki, Şırnakın Cizrə rayonu ərazisində xüsusi təyinatlı polisləri daşıyan avtomobilin hərəkət etdiyi yolda partlayıcı qurğunun işə düşməsi nəticəsində 3 polis şəhid olub.

Qeyd edək ki, bu gün İğdırda baş verən terror aktında 14, Tuncelidə isə 1 polis həlak olub. Ümumilikdı Türkiyədə gün ərzində şəhid olan polislərin sayı 18-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə