Xarici alimlərlə elmi-texniki sahədə birgə əməkdaşlıq mühüm nəticələrin əldə olunması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu Malayziyanın Malaya Universitetinin alimləri ilə birgə tədqiqatlar aparır, mühüm elmi nəticələr əldə olunur.
AMEA-dan bildiriblər ki, bu günlərdə institut əməkdaşlarının xarici alimlərlə birgə hazırladıqları "İntellektual təhsil sistemləri üçün semantik və sintaktik informasiyanın kombinasiyası vasitəsilə referatların avtomatik qiymətləndirilməsi" adlı məqalə Böyük Britaniyanın impakt faktorlu "Information Processing & Management" jurnalında dərc olunub.
Məqalənin müəllifləri Asad Abdi, Norisma İdris, akademik Rasim Əliquliyev və texnika elmləri doktoru Ramiz Alıquliyevdir.
Məqalədə təklif olunan metod sözlər arasındakı semantik münasibətləri və onların sintaktik kompozisiyasını nəzərə alır. Bu metod qısa referatların qiymətləndirilməsində digər metodlarla müqayisədə yüksək nəticə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB