Naxçıvan Muxtar Respublikasında sürətli iqtisadi inkişaf bank xidmətlərinin də həcminin artmasına səbəb olub. Ötən ilin yanvar-avqust aylarında cəmi bank hesablarının 86,5 faizi işlək hesabların payına düşürdüsə, bu göstərici cari ilin eyni dövründə 92 faizədək artıb.
Əhalidən cəlb edilən əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci il sentyabrın 1-ə olan məlumata görə, 1 milyon 470 min manat artaraq 7 milyon 659 min manat olub. Xarici valyuta ilə cəlb olunan əmanətlərin milli valyuta ekvivalenti ilə həcmi isə 3 milyon 736 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 190 min manat artım deməkdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən, 2015-ci il sentyabrın 1-dək muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 123 milyon 130 min, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 699 min manat, uzunmüddətli kredit qoyuluşu 107 milyon 430 min manat təşkil edib. 2015-ci ilin ilk 8 ayı ərzində muxtar respublikanın bank və digər kredit təşkilatları tərəfindən 52 milyon 892 min manat kredit verilib ki, bunun da 37 milyon 284 min manatı uzunmüddətli kreditlərdir.
Verilmiş kreditlərin 14 milyon 552 min manatı kənd təsərrüfatının, o cümlədən 1 milyon 532 min manatı bitkiçiliyin, taxılçılığın, kartofçuluğun və bostan-tərəvəz məhsulları istehsalının, 1 milyon 59 min manatı isə arıçılıq və quşçu¬luğun payına düşür. Ümumilikdə, verilmiş kreditlərin 11 milyon 642 min manatı sənaye, 556 min manatı tikinti, 4 milyon 714 min manatı kommersiya, 5 milyon 921 min manatı nəqliyyat, 4 milyon 976 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditləri və digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB