Komanda qərargah hərbi oyunları davam edir

Komanda qərargah hərbi oyunları davam edir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən komanda qərargah hərbi oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərin ssenarisinə əsasən, qoşunlar planlı şəkildə müəyyən olunmuş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə