Zakir Həsənovun rəhbərliyi ilə müşavirə keçirilib FOTOLAR

Zakir Həsənovun rəhbərliyi ilə müşavirə keçirilib FOTOLAR

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Z.Həsənov təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə