Kəlbəcərli və şəmkirli məzunlarla görüş keçirilib FOTO

Kəlbəcərli və şəmkirli məzunlarla görüş keçirilib FOTO

Kəlbəcər rayon İcra Hakimiyyəti və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi bu il rayon üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 2014-2015-ci tədris ilində rayonun orta ümümtəhsil məktəblərini 936 məzun bitirib, onlardan 457 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Məzunlardan 310 nəfəri müxtəlif ali məktəblərinə daxil olub. Onlardan 13 nəfəri 600-dən, 26-ı isə 500-dən yuxarı bal toplayıb. Analoji görüş Şəmkirdə də keçirilib. Bu il rayon üzrə 1508 məzun ali məktəblərə sənəd verib. Onlardan 512 nəfəri test imtahanından uğurla çıxaraq tələbə adı qazanıb. Rayon üzrə 22 nəfər 600 dən, 68 nəfər 500-dən yüksək bal toplayıb. Son 5 ildə Şəmkir rayonunda 20 yeni məktəb binasının inşa olunduğu diqqətə çatdırılıb.

Hər iki tədbirin sonunda ali məktəbə yüksək balla qəbul olan məzunlar mükafatlandırılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə