Tovuzlu fermerlər bu il 1624 hektar sahədə bol tərəvəz yetişdiriblər. SİA-nın məlumatına görə, fermerlər artıq 1571 hektar sahədə tərəvəz yığımını başa çatdırıblar. Sahələrdən 27 min 461 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 174,8 sentner təşkil edib. Toplanan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1184 ton, məhsuldarlıq isə 0,2 sentner çoxdur.
Qeyd edək ki, rayonda tərəvəz yığımı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB