Dağlıca bölgəsində 16 hərbçi şəhid olub

Dağlıca bölgəsində 16 hərbçi şəhid olub

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, sentyabrın 6-da Haqqari vilayətinin Dağlıca-Yüksəkova yolunda basdırılan partlayıcının işə düşməsi nəticəsində 16 hərbçi şəhid olub, 6 nəfər yaralanıb.

Hazırda Türkiyə Silahlı Qüvvələri bölgədə geniş miqyaslı antiterror əməliyyatları aparır. Ən son məlumata görə, iki gün ərzində Türkiyə Ordusunun qırıcıları PKK-nın 23 terror düşərgəsini yerlə-yeksan edib.

Xatırladaq ki, Haqqaridə terror aktı iki zirehli hərbi texnikanın keçdiyi yolun partladılması nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə