Lənkəranda soyğunçuluq edən şəxs tutuldu

Lənkəranda soyğunçuluq edən şəxs tutuldu

Lənkəranda soyğunçuluq edən şəxs yaxalanıb. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun şadlıq saraylarının birində toy mərasimi zamanı baş verib. Naməlum şəxs 7 yaşlı qızın tək olmasından istifadə edərək onun qulaqlarındakı 400 manat dəyərində olan sırğaları çıxararaq qaçıb.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verildikdən dərhal sonra əməliyyat-axtarış qrupu yaradılıb. Cəmi bir gün sonra hadisəni törətmiş Lənkəran şəhər sakini, 1977-ci il təvəllüdlü Zəki Xeyrulla oğlu Quliyev şübhəli şəxs qismində tutulub. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə