Bu gün AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Q.Yetirmişli bildirib ki, 4 sentyabr tarixində Şəki şəhərində baş verən zəlzələ 5,9 bal gücündə olub.
Onun sözlərinə görə, Prezidentin tapşırığı ilə zəlzələ baş verən ərazidə tədqiqatlar aparılıb: "4 sentyabrından sonra 50-dən çox xırda təkan baş verib. Ancaq həmin zonada 7 bal və yuxarı gücdə zəlzələ baş verməsi ehtimalı sıfra bərabərdir. Orada güclü enerji ayrılması artıq baş verib. Əhali qorxmasın, Bakıda 2000-ci ildə baş verən zəlzələdən sonra da müxtəlif yerlərdə 3-5 ballıq zəlzələlər olmuşdu. Şəkidə baş verən zəlzələnin zəlzələ ocaqlarını oyatmaq ehtimalı ola bilər. Elə zonalar var ki, gərgin vəziyyətdədir. Məsələn, Şamaxı-İsmayıllı zonası ən aktiv zonadır. Məhz ən çox təkanlar da bu zonada olur. Sözügedən ərazidə tarixən faciəli zəlzələlər olub. Ancaq bu sahədə dəqiq proqnoz vermək mümkün deyil. Əhalini də yersiz təlaşa salmağa ehtiyac yoxdur".
Q. Yetirmişli rəsmi şəkildə müraciət olan zaman tikinti aparılan zonalarda seysmikliklə bağlı arayışlar təqdim etdiklərini də açıqlayıb: "Məsələn, Bakıda 8-9 ballıq ərazilər var. Biz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edirik".
Q.Yetirmişli onu da diqqətə çatdırıb ki, ölkədə 1 yanvar 2015-ci ildən 6 sentyabr tarixinə qədər 3128 zəlzələ baş verib.
Qeyd edək ki, sentyabrın 4-də Şəkidə 7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar respublikanın rayonlarında 3-6 bala qədər hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB