Ermənistanın kəşfiyyat-təxribat qrupu məhv edilib

Ermənistanın kəşfiyyat-təxribat qrupu məhv edilib

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin düşməni əvvəlcədən aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə