Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə "Aviareps Tourism" şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə "Aviareps Tourism GmbH" şirkəti ilə 2015-2016-cı illər üzrə müvafiq müqavilə imzalanaraq tədbirlər planı təsdiq olunub.

Nazirlikdən bildiriblər ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq sentyabrın 5-dən 12-dək Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə bu ölkənin aparıcı KİV nümayəndələri üçün "Azərbaycanda spa və idman turizmi" mövzusunda press-turun keçirilməsi nəzərdə tutulur.

Səfər çərçivəsində KİV nümayəndələrinin paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarına səfərləri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə