İstirahət edə bilərsiz! PROQNOZ

Sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Yarımadada havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Temperatur gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...