Teleaparıcı Xoşqədəm Baxşəliyeva iki gün öncə qəflətən dünyasını dəyişən Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev barəsində yazıb. SİA-nın məlumatına görə, "İnstagram"da bunları paylaşıb: "İki gün çəkilişlərdə olduğumdan, medianı izləməyə vaxtım olmayıb. Dünən gecə oxuyandakı Rasim Musayev dünyasını dəyişib, çox kədərləndim. Sanki doğma qardaşımı itirdim. 1993-cü ildən tanıyırdım. Qrupumuzun ən yaşlı tələbəsi olduğu üçün hamı ona böyük kimi hörmət edər, problemlərini ona danışırdı.
Qrupumuzda deyib gülən, əli açıq həm də böyük tənəffüsdə bizə çay alan, peraşki alan qrup yoldaşımız var idi. Mən onu hər zaman böyük qardaş kimi çox istədim. O, həm tələbə yoldaşım, həm də uzun illər Kəlbəcərdə əmi oğlumla bir yerdə işlədiyi üçün ailəmizin tanıdığı, sevdiyi biri olub. Gözəl insan, vətənpərvər oğul. Bilmirəm nə yazım... Ən çətin anlarımda zəng vurub dərdləşdiyim, bəzən ağladığım, kömək istədiyim qardaşım. Tək mən yox, bütün tələbə yoldaşlarımız, səni tanıyan hər kəs kədər içindədi. Qrupumuzun özün kimi mərhəmətli, yardımsevər qızı ilə evləndin. Onun kədəri bizimkindən qat-qat çoxdur. Sən belə tez bizi, ailəni tərk etməməliydin. Sənin ölümün sanki məni ayıltdı. Həyat nə qədər amansızmış. Yaşamla ölüm nə qədər bir-birinə yaxınmış. Bir anın içində səni alacaq qədər yaxın. Hər zaman qəlbimizdə olacaqsan qardaşım....".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB