“Region gənclərinin fərdi inkişafı” FOTO

“Region gənclərinin fərdi inkişafı” FOTO

Gənclər üçün Təhsil Mərkəzi "Region gənclərinin fərdi inkişafı" proqramı çərçivəsində Lənkəran şəhərində növbəti təlimlərə başlayıb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, uğur formulu , karyera planlaması , motivasiya və digər mövzular tədris olunacaq. "Fərdi inkişaf və karyera planlaşdırılması" mövzusundakı təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarını səmərəli şəkildə dəyərləndirmələrinə töhfə verməkdir.

Qrup məşğələləri formatında davam edən təlim Türkiyənin fərdi inkişaf mütəxəssisi Ahmet Şerif İzgörenin təlim modulu əsasında Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə tərəfindən keçirilib.Təlim proqramında Lənkəran şəhər Gənclər İdman idarəsinin nəzdində fəaliyyən göstərən "Xan Lənkəran Könüllüləri " klubunun gənc fəalları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə