Zəlzələnin dəmir yoluna vurduğu ziyan yoxlanılır

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər. İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar.

Qeyd edək ki, mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə