Müdafiə naziri səfirlə görüşdü

Sentyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda müdafiə naziri general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə