Tanınmış infiormasiya agentliyinin 20-ci ad günüdür

Ölkənin aparıcı informasiya agentliklərindən olan Trendin 20 yaşı tamam olur. Azərbaycanın azad və demokratik media məkanında xüsusi yerlərdən birini tutan Trend artıq öz dəqiqliyi, qərəzsiz informasiya mübadilələri ilə oxucu kütləsi qarşısında önəmli yerlərdən birini tutur. Əlbəttə ki, azad media məkanında çoxsaylı informasiya agentlikləri və portalları içində nüfuz qazanmaq, öncüllük əldə etmək asan iş deyil. Bu baxımdan, Trendin bu uğuru bir həmkar kimi bizləri də sevindirməkdədir.

Onu da qeyd edək ki, 100 nəfərdən çox işçi heyəti olan Trendin əhatə dairəsi yalnız ölkə ərazisi ilə məhdudlaşmır. Agentliyin Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbir məntəqələri fəaliyyət göstərir, həmin yerlərdən isti informasiyalar ölkə ictimaiyyətinə çatdırılır. Eyni zamanda, Trend müxtəlif ictimai-siyasi, mədəni, idman sahələrini, eləcə də iqtisadiyyatı əhatə edən çoxsaylı məqalələri, araşdırmaları ilə də öz oxucularının qonağı olur.

Söz yox ki, hər bir infirmasiya agentliyi kimi, Trend də etibarlılıq prinsipini özünə əsas meyar kimi seçib. Bu səbəbdən də öz oxucuları qarşısında müəyyən imicə sahib olmağı bacarıb. Bu səbəbdən də zaman-zaman agentliyin uğurlları mükafatlara layiq görülüb. Məsələn, Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trendi "RİA Novosti" Agentliyi ilə birlikdə "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib. 2010-cu ildə Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına üzv qəbul edilən Trend 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. Daha sonra eksklüiziv xəbərlərinə görə Trend "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb.

Biz də "SƏS" Media Qrupu adından Trenddə çalışan həmkarlarımızı ad günləri münasibəti ilə təbrik edir, oxucuların etibarlı xəbər agentliyi kimi güvəndikləri bu informasiya agentliyinə davamlı uğurlar arzulayaraq növbəti sevincli günlər yaşamağı diləyirik.

Ad günün mübarək, Trend!

"SƏS" Media Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə