Prezident yeni icra başçıları təyin edib SƏRƏNCAMLAR

Prezident yeni icra başçıları təyin edib SƏRƏNCAMLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni sərəncamlar imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Prezidentin sərəncamı ilə Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və növbəti sərəncamla Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının növbəti sərəncamı ilə Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin digər sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin növbəti sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və növbəti sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İradə Akif qızı Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı növbəti sərəncam da imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə