Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi bu ay ərzində keçirdiyi yoxlamaların nəticələrini açıqlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şöbənin təbliğat və təşviqat üzrə inspektoru Vasif Əşrəfov bildirib ki, "Təmiz hava" aylığı çərçivəsində 36 nəqliyyat vasitəsinin sürücüləri inzibatı qaydada cərimələnib. Şöbənin inspektorunun sözlərinə görə, "Təmiz hava" aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Şöbədən o da bildirilib ki, nəqliyyat vasitələri sahibləri, sürücülər və eləcə də avtonəqliyyat müəssisələri rəhbərləri istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları işlək vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilən normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB